Ermənistanda TƏTİL

26/11/2018 - 20:42 12 034 0   0  

Ermənistan Restoranlar İttifaqı etiraz əlaməti olaraq ölkə üzrə restoranları birgünlüyə bağlamağa hazır olduqlarını bildirib.

Suveren.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumat İttifaqın “Feysbuk” səhifəsində yerləşdirilib.

Onlar yeni vergi ödəmə qaydasından narazı olduqlarını bildiriblər. İttifaq bununla bağlı baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana, Dövlət Gəlirlər Komitəsinə çoxdan müraciət etdiklərini vurğulayıblar. İndiyədək həmin ünvanlardan iaşə müəssisələrinə cavab verilməyib.

İttifaq üzvləri bildiriblər ki, yeni vergi qaydasının tətbiqi restoranlarda qiymətlərin bahalaşmasına səbəb olub. Onlar yeni vergi qaydalarına etiraz olaraq birgünlük xəbərdarlıq tətili keçirəcəklərini qeyd ediblər.