Deputat İqbal Məmmədovun istirahət mərkəzində müəmmalı ölüm - RƏSMİ

10/07/2021 - 09:31 3 564 0   0  

İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində 'Relax' istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunmuşdur.

Lerik rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmişdir.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub. Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.
İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Qeyd edək ki, “Relax” istirahət mərkəzi millət vəkili İqbal Məmədova məxsusdur.