Minimum əmək haqqının ən yüksək olduğu 9 ÖLKƏ - SİYAHI

25/12/2018 - 23:58 17 011 2   0  

Minimum əmək haqqı ölkədən-ölkəyə dəyişir.

Bəzi ölkələrdə minimum əmək haqqı çox yüksəkdir. Belə ölkələrin siyahısını oxucularımıza təqdim edirik.

1.Avstraliya- 2.863 dollar

Avstraliyada illik minimum əmək haqqı 34.358 dollardır. Bu isə aylıq 2.863 dollar deməkdir.


2.Lüksemburq- 2.468 dollar

Lüksemburq siyahıda ikincidir. Həftədə rəsmi iş saatı 40 saatdır. İlllik minimum əmək haqqı isə 29.611 dolllardır.


3.Monako- 2.168 dollar

Siyahıda üçüncüdür. Ölkə əhalisinin 16 faizi minimum əmək haqqı alır. Qalan 84% isə minimum əmək haqqından çox maaş alır. Həftədə rəsmi iş saatı 39 saatdır. İllik minimum əmək haqqı isə 26.015 dollardır.


4.San Marino- 2.029 dollar

San Marino cırtdan dövlətdir. Bu ölkədə minimum əmək haqqı ilə işləyən insanların illik maaşı 24.347 dollardır.


Yeni Zellandiya- 2.008 dollar

Yeni Zellandiyada minimum əmək haqqı ilə işləyən şəxs illik 24.098 dollar qazanır. Həftəlik iş saatı 40 saatdır.


6.Belçika- 1.925 dollar

Həftədə 38 saat işləyən belçikalıların illik minimum əmək haqqı məbləği 23.104 dollardır.


7.Hollandiya- 1.917 dollar

Hollandiya iqtisadiyyat sahəsində dünyanın aparıcı ölkələrindən sayılır. Həftəlik iş saatı 40 saat olan Hollandiyada illik minimum əmək haqqı 23.003 dollardır.


8.Almaniya- 1.913 dollar

Almaniyada işçiyə bir saata görə verilən pul ən azı 8.5 avrodur. İllik minimum əmək haqqı isə 22.950 dollardır.


9.İrlandiya- 1.874 dollar

Həftədə 39 saat işləyən irlandiyalının illik minimum əmək haqqısı 22.490 dollardır. Siyahının sonunda yer alan İrlandiyaya işçilərin kütləvi miqrasiyası var./olke.az/