Suriya prezidenti Krıma səfər etmək istəyir

17/01/2019 - 22:14 13 195 0   0  

Suriya prezidenti Bəşər Əsəd Krım və Sevastopola səfər etmək istəyir.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, bunu Bəşər Əsədlə Dəməşqdə görüşən Rusiya deputatlarından ibarət nümayəndə heyətinin üzvü Dmitri Belik deyib. Belik Əsədin bu arzusunu Sevastopolla Tartus vilayəti arasında əməkdaşlıq müqaviləsi imzalanan zaman dilə gətirdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Əsəd Krımın Rusiyaya anneksiyasını tanıdığını bildirmişdi.