Putinlə Tramp Parisdə nəyi müzakirə edəcək?

25/10/2018 - 01:36 16 597 0   0  

Yaxın və Ortamənzilli raketlərin məhvi müqaviləsi ətrafında yaranan son vəziyyət Putin və Tramp görüşünün əsas müzakirə mövzusu olacaq.

Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Mən əminəm ki, bu mövzu əsas müzakirə edilən məsələlərdən olacaq. Biz bilməliyik ki, ABŞ sözügedən məsələdə haraya istiqamət alıb”, - deyə Ryabkov bildirib.

Qeyd edək ki, Putin Trampla Parisdə noyabrın 11-də görüşəcək.