İcra başçısına SON XƏBƏRDARLIQ, yoxsa... - ŞOK İDDİA

15/10/2018 - 14:00 12 214 0   0  

Barəsində artan narazılıqlar üzündən "yuxarıların" tənəsinə tuş gələn növbəti məmur Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovdur.

Bu barədə Mediaxeberleri.az-a danışan bilgili qaynaq iddia edir ki, Rəcəb Babaşova bu günlərdə son xəbərdarlıq edilib. Belə demək mümkündür ki, xəbərdarlıq son da ola bilər. Çünki Rəcəb Babaşov bu vaxta qədərki iradları nəzərə almamış kimi görünməkdədir. Rəsmi açıqlamalar və rəqəmlər də təsdiqləyir ki, Rəcəb Babaşov hazırda görəv başında olan icra başçıları arasında vəzifəsinin öhdəsindən gələ bilməməsi baxımından lider hesab oluna bilər. Ona görədir ki, Qazaxdan davamlı şəkildə şikayətlər müxftəlif dövlət qurumlarının poçt qutularını doldurmaqdadır".

Mənbə Mediaxeberleri.az-a açıqlamasında onu da əlavə edib ki, Rəcəb Babaşov bu günə kimi özünün diqqətə gəlməməsi üçün ciddidən çaba sərf edir: 

"Amma nə zamana və haraya qədər. "Yuxarılar" artıq Qazaxdan gələn narazılıq məktublarını geriyə - başçının üstünə həll etməsi üçün yollamaqdan da yorulublar. Yəqin ki, Rəcəb Babaşov idarəetmə prinsiplərinə ciddi şəkildə əl gəzdirməli olacaq".