Britaniya Parlamenti “Brexit” üzrə təkrar referendumun keçirilməsi ideyasını rədd edib

14/03/2019 - 23:56 6 043 0   0  

Britaniya parlamentariləri Krallığın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması haqqında təkrar referendumun keçirilməsi üçün “Brexit” möhləti barədə düzəlişlərin əleyhinə səs veriblər.

Deputatlardan 334-ü düzəlişlərin əleyhinə, 85-i isə lehinə səs verib.

Daha əvvəl Britaniya parlamentariləri Avropa İttifaqı (Aİ) ilə “Brexit” barədə saziş layihəsini qəbul etməyiblər.