Rusiya XİN Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar barədə…

01/11/2018 - 21:57 21 088 0   0  

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səmərəliliyinin artırılması istiqamətində atılan addımlardan danışıb.

Bu gün keçirilən mətbuat konfransında Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri bildirib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səmərəliliyinin artması üçün lazım olan konkret addımlardan danışarkən qeyd etmək istərdim ki, bu, danışıqlar prosesidir, tərəflərlə əlaqələrdir, əldə olunmuş razılaşma əsasında irəliləmədir".

M.Zaxarova əlavə edib ki, bütün bunlar diplomatik işlərdir və həyata keçirilir.