Ya Lavrov getməlidir, ya da Rusiya həmsədrlikdən çıxmalıdır.

14/03/2019 - 00:28 6 487 0   0  

"Biz, ümumiyyətlə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) və nazirinin şəxsən belə tərəf tutmasını qəbul edilməz hesab edirik". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə  bildirib.

Qeyd edək ki, Rusiya XİN rəsmi saytında yaydığı bəyanatda erməni əsilli Rusiya vətəndaşlarına Azərbaycana səfər etməzdən öncə mümkün riskləri hərtərəfli ölçüb-biçməyi təkidlə tövsiyə edib. Buna əsas kimi isə Azərbaycanın sərhəd xidmətinin erməni əsilli və erməni millətinə aidiyyat əlamətləri olan şəxslərin ölkəyə buraxmaqdan imtina etməsi göstərilib.

Millət vəkili hesab edir ki, bu kimi bəyanatların arxasında bilavasitə Rusiya xarici işlər naziri Lavrov və onun ətrafında olan erməni millətinin nümayəndələri dayanır: "Rusiya Minsk Qrupunun həmsədr funksiyasını daşıyır. Ya Lavrov getməlidir, ya da Rusiya həmsədrlikdən çıxmalıdır. Belə siyasət sülh prosesinə ciddi maneələr yaradır və Cənubi Qafqazda gərginliyin əsas səbəblərindən biridir. Bu, Lavrovun şəxsən həyata keçirdiyi işlərdir. Hesab edirəm ki, bu, Rusiyanın həmsədrliyinə cox ciddi maneə törədir. Azərbaycan Rusiya ilə strateji tərəfdaşdır, lakin Lavrovun mövqeyi həm Rusiya üçün, həm də Cənubi Qafqazdakı münaqişələr üçün təhlükədir"