Tramp daha bir ölkəyə qarşı sanksiyaları təsdiqlədi

02/11/2018 - 00:11 25 429 0   0  

ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı yeni sanksiyaların tətbiqinə dair fərman imzalayıb.

Bunu Trampın müşaviri Con Bolton bildirib.

Yeni sanksiyalar Venesuelanın qızıl ehtiyatlarının ixracına məhdudiyyətləri nəzərdə tutur.

Bolton həmçinin bildirib ki, ABŞ Kubanın hərbi strukturları və xüsusi xidmət orqanları ilə əlaqəli olan 20-dək şirkətlə tranzaksiyalara qadağa qoyub.