"Mən də sarı jiletliyəm" - Makrondan gözlənilməz AÇIQLAMA

01/02/2019 - 19:32 13 006 0   0  

“Əgər sarı jiletli olmaq daha az parlamentari və daha yaxşı maaş üçün işləmək deməkdirsə, mən də sarı jiletliyəm”.

Bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Ölkə mətbuatından bəzi jurnalistlərlə görüş keçirən prezident “Sarı jiletlilər” hərəkatını “lidersiz sosial və siyasi hərəkat” kimi dəyərləndirib.

Etirazçılar tərəfindən tələb edilən “Vətəndaşlıq Təşəbbüsü Referndumu” haqqında fikir bildirən Makron qeyd edib ki, o, bütün təkliflərə açıqdır. Lakin istəyir ki, referendumdan çıxan nəticələr parlamentin qərarlarını keçərsiz etməsin.

Qeyd edək ki, Fransada yanacağın bahalaşması və iqtisadi şərtlərin ağırlaşmasına reaksiya olaraq 17 noyabr 2018-ci ildə başlayan, lakin daha sonra prezident Emmanuel Makronun siyasətinə qarşı çevrilən “Sarı jiletlilər” üsyanı son illərin ən şiddətli etiraz aksiyasına çevrildi. Nümayişlərdə 10 nəfər həlak oldu, 2 mindən çox insan yaralandı, 6 min nəfərə saxlanıldı, mindən çox insan həbsxanaya göndərildi.(teleqraf)