“Mən özümü yaxşı aparıram” – Araz Əlizadə

27/10/2018 - 00:36 20 020 0   0  

“Deputatlardan kim özünü necə aparırsa, aparsın, heç kimin işinə qarışmıram”.

Suveren.az yenicag.az-a istinadən bildirir ki, bu fikirləri Milli Məclisin Daxili Nizamnaməsinə təklif edilən məhdudlaşdırıcı dəyişikliklərə münasibət bildirən deputat Araz Əlizadə deyib.

Araz Əlizadənin sözlərinə görə, o, deputatlar barəsində intizam tədbirlərinin sərtləşdirilməsinə əsas yaradan hərəkətlərə yol verməyib:

 “Açığı, mənim deputatlara qarşı cəza tədbirlərinin gücləndirilməsi təkliflərindən xəbərim yoxdur. Məlumatsız olduğum məsələlər haqqında danışmağım düzgün olmaz.

Mən bilmirəm, həmin təkliflərdə söhbət nədən gedir, deputatların cəza məqsədilə küncə qoyulması da nəzərdə tutulurmu? Hər halda, təkliflərlə tanış olduqdan sonra iclasda bu məsələyə münasibət bildirmək mümkündür.

Mən yalnız özümə və hərəkətlərimə cavabdehəm. Mən özümü yaxşı aparıram, Komitənin iclaslarında, yaxud da plenar iclaslarda iştirak edirəm, lazım bildikdə fikrimi deyirəm. Deputatlardan kim özünü necə aparırsa, aparsın, heç kimin işinə qarışmıram. Ancaq bu kimi təkliflər irəli sürülübsə, deməli, bunun üçün müəyyən əsaslar var. Başqa nə deyim?”