“Heç kim ölkənin ictimai həyatına narahatçılıq gətirə bilməz” - Baxtadze

02/11/2018 - 19:59 21 529 0   0  

Gürcüstanda prezident seçkilərinin ikinci turu hakim partiyanın əvvəlcədən müəyyən etdiyi qaydalar əsasında və yüksək standartlara uyğun təşkil olunacaq.

Suveren.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze jurnalistlərə müsahibəsində deyib.

Hökumət başçısının sözlərinə görə, Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası və hakimiyyətdəki siyasi komanda 2012-ci ildən Gürcüstanda sülh və təhlükəsizliyi təmin edir. “Heç kim ölkənin ictimai həyatına narahatçılıq gətirə bilməz, buna heç kim ümid etməsin”, - deyə Baxtadze vurğulayıb.

Məlumat üçün qeyd edək ki, prezident seçkilərinin ikinci turunda hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili mübarizə aparacaq. Onun əsas rəqibi müxalifət düşərgəsinin namizədi Qriqol Vaşadzedir.

Birinci turda S.Zurabişvili 38,64 faiz, Q.Vaşadze isə 37,74 faiz səs toplayıblar.