“Öz adamlarını ora yerləşdirdikdən sonra...” - Paşinyanın sensasion Qarabağ planı

06/03/2019 - 20:07 6 982 0   0  

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünün keçirilməsi razılaşdırılıb. Paşinyan isə bu görüşün rəsmi yox, ümumi görüş olmasını istəyir. Çünki daxildə ona qarşı ciddi təzyiqlərin olduğu aydın sezilir. Bu təzyiqlər Paşinyanın daxili reytinqini aşağı salır”.

Ekspertin fikrincə, ehtimal edilən bu görüş ərəfəsində Ermənistandan danışıqlar prosesinə zərbə vuran açıqlamalar verilir:

“Paşinyan və komandasının üzvləri Qarabağ separtçılarının danışıqlarda yer almasına təkid edirlər. Əlbəttə, bu, Azərbaycan üçün qəbuledilməzdir. Digər yandan, İrəvan güzəştə getməyəcəyini açıq şəkildə bildirir. Hesab edirəm ki, həmsədrlərin buna görə Paşinyana barmaq silkələməsi, onların da buna isti baxdığı təəssüratını yaradır. Lakin hələlik rəsmi Bakı İrəvanın bu pozucu addımlarına qarşı səbrli davranır”.

Məhəmməd Əsədullazadə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı gizli prosesin getdiyini də istisna etmir:

“Paşinyan çalışır ki, Qarabağdakı qondarma rejimi devirib öz adamlarını bura yerləşdirsin. Özünün formalaşdırdığı erməni icması ilə Azərbaycan icmasının danışıqları baş tutsun. Hələ ki buna nail ola bilmir. Çünki separatçıların başçısı Bako Saakyan hələlik Moskvadan dəstək ala bilir.

Amma Paşinyanın təzadlı açıqlamalarına baxmayaraq, Prezident İlham Əliyevlə görüşmək niyyətindədir. Növbəti danışıqlarda nəticənin əldə olunması mümkün kimi görünməsə də, proseslərin müsbət məcraya yönəlməsi istisna deyil. Bu baxımdan hesab edirəm ki, Paşinyan Qarabağdakı separatçı rejimi dəyişmək üçün Bakıdan vaxt istəyəcək. Prosesin gedişatı da bu zaman kəsiyində bəlli olacaq”.