Çinli viroloq koronavirusun Vuhan laboratoriyasında yaradıldığını iddia etdi

15/09/2020 - 13:16 4 627 1   0  

Çinli viroloq çarpıcı bir açıqlama ilə koronavirusun epidemiyanın mərkəzi hesab olunan Vuhanda, hökumət tərəfindən nəzarət edilən bir laboratoriyada yaradıldığını iddia etdi və iddialarını təsdiqləyən elmi dəlillər təqdim edib.

Alim Dr. Li Meng Yan, Britaniyanın talk-şou verilişi “Loose Women’da eksklüziv söhbəti zamanı, Vuhanda "yeni növ pnevmoniya" nı araşdırmaq işinin ona tapşırıldığını bildirib (https://www.rediff.com/news/report/coronavirus-made-in-wuhan-lab-chinese...).

O, araşdırma zamanı koronavirusla bağlı gizli əməliyyatın üstünü açdığını qeyd etdi.

Hong Kong Xalq Sağlamlığı məktəbində virusologiya və immunologiya üzrə ixtisaslaşmış doktor Li Meng, Hong Kongdan Birləşmiş Ştatlara qaçmazdan əvvəl Çində ilk dəfə olaraq dekabr və yanvar ayının əvvəllərində, daha sonra isə yanvar ayının ortalarında yeni növ pnevmoniya ilə əlaqədar iki araşdırma apardığını söyləyib.

"Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi və eyni zamanda rəhbərim olan şəxsə bununla əlaqədar məlumat verməyi qərar verdim. ÜST və rəhbərimdən bir cavab gəlmədi. Hər kəs mənə həddimi aşmamaq və susmağım üçün xəbərdarlıq etdi. Məni yoxa çıxmaq məcburiyyətində qoydular.”

Viroloq bildirdi ki, o rəhbərindən "Çin hökuməti və ÜST adına doğru işlər görməsini" gözləyirdi. ABŞ da daxil olmaqla bir neçə ölkə həm Çini, həm də ÜST-ü koronavirus epidemiyası təhlükəsini ört-basdır etdiyi üçün tənqid edib. Dr. Li Meng, ABŞ-da məşhur çinli YouTube istifadəçisi ilə əlaqə saxladığına dair açıqlama verdi. Çin dilində olan açıqlamada, Çin Kommunist Partiyasının COVID-19 böhranını ört-basdır etdiyi və virusun insandan insana keçdiyi qeyd olunurdu. O, koronavirusun qısa zaman ərzində epidemiyaya çevrilən və "yüksək səviyyədə mutasiyaya uğrayan bir virus" olduğunu və Vuhanda yerləşən dəniz məhsulları bazarının və virus daşıyıcılarının sadəcə insanları yanıltmaq üçün olduğunu bildirdi.

Doktor daha sonra "virusun təbiətdən yox, Çin hökuməti tərəfindən Vuhanda nəzarət edilən bir laboratoriyadan” gəldiyinə dair çarpıcı bir açıqlama verdi. O dedi: "Bu, CC45 və ZXC41 adlı bəzi mənfi koronavirusları kəşf edən və qəbul edən Çin Hərbi İnstitutuna əsaslanır. Buna əsasən laboratoriya modifikasiyasından sonra yeni bir virus halına gəlir."

Açıqlama ilə bağlı elmi sübutlarının olub-olmadığı barədə suala cavab verən doktor Li Meng, Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən, yerli həkimlərdən və Çinin müxtəlif bölgələrində yaşayan digər insanlardan kəşfiyyat xarakterli məlumatlar əldə etdiyini söylədi.

"Bunlar həqiqətlərdir və bütün digər şeylər ört-basdır edildi" deyə o bildirdi.

Viroloq, dünyanın müxtəlif yerlərindən olan kiçik bir qrup alimlə elmi bir hesabat üzərində çalışdığını və bu yaxınlarda bunun dərc ediləcəyini söylədi.

O dedi: "İki hesabat var. Birincisi bir neçə gündən sonra ortalığa çıxacaq və insanlara bütün dəlilləri izah edəcək. Koronavirus olduqca yoluxucu və çox təhlükəli bir virusdur.”

Hong Kongdan qaçdıqdan sonra təhlükəsizliyi ilə bağlı narahat olub olmadığı soruşulan həkim ismarıcını bir an əvvəl dünyaya çatdırmaq istədiyini bildirdi.

O dedi: "Bu, o dövrdə çox qorxuducu idi. Ancaq həkim olduğum üçün və bunun baş verdiyini görə bilmədiyim üçün etməliydim. Əgər dünyaya həqiqəti söyləməsəm, peşman olaram. Beləliklə, əsası Nyu-Yorkda olan bu qurum Hong Kongu gizli şəkildə tərk etməyimə köməklik göstərdi. Onlar Çin hökumətinə qarşı olan insanlara kömək edirlər. "

Dərc olunmamış elmi hesabatına dair bir fikir verən Dr. Li Meng, biologiyaya dair anlayışı olmayan hər kəsin bu hesabatı oxuya biləcəyini söylədi.

"Genom ardıcıllığı insanın barmaq izinə bənzəyir. Beləliklə, buna əsasən bu şeyi tanıya və müəyyənləşdirə bilərsiniz. Beləlilə, bunun niyə Çindən gəldiyini və nə üçün bunu edənin ancaq onlar olduğunu insanlara  izah etmək üçün Sars-CoV-2'nin genom ardıcıllığında mövcud olan dəlillərdən istifadə etdim.” deyə o bildirdi.

Daha sonra, "Bunu özünüz yoxlaya, müəyyənləşdirə və təsdiqləyə bilərsiniz. Virusun mənşəyini bilmək bizim üçün çox önəmlidir. Əks təqdirdə hər kəs üçün həyati təhlükə yaradacaq" o dedi.