Rövşən Rzayev: “Ermənistanın müdafiə naziri danışanda mənim gülməyim gəlir”

02/04/2019 - 20:04 12 106 0   0  

“İşğalçılar utanmadan dünyaya deyirlər ki, biz qalib gəlmişik. Ermənistanın müdafiə naziri danışanda mənim gülməyim gəlir. Onlar bunu etməyə qadir deyillər”.

Suveren.az  ONA.az-a istinadən  məlumat verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, 9 il Azərbaycanın Avropa Şurası nümayəndə heyətinin tərkibində olub: “Mən sizə əminliklə deyə bilərəm ki, bütün ciddi qərarlar Azərbaycanın xeyrinə qəbul olunur. Ona görə ki, Azərbaycan haqq yolundadır. Azərbaycanın siyasi liderinin şəxsi nüfuzu 1001 belə problemin qabağında dayanır”. 

Komitə sədri xatırladıb ki, ötən il Azərbaycanda 2 hərbi parad keçirilib: “Həmin paradlarda olan silahları görən bəzi ekspertlər də məəttəl qalmışdılar. Həmin o silahları almağa da imkan lazımdır. Həm maddi, həm də siyasi qüvvə lazımdır. Biz bu əldə etdiklərimizi qorumaqdan ötrü bir-birimizin ətrafında sıx birləşməli və daha ağrılı məsələlərimizdən danışmalıyıq”.