136 MİN DOLLARLIQ RÜŞVƏT QALMAQALI – “Bəxtiyar Babayevin müstəntiqə rüşvət verdiyini təsdiq edən səs yazısı mövcuddur”

20/09/2020 - 12:31 4 972 0   0  

Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşayan Babayev Bəxtiyar Zəkara oğlunun etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi 29, mənzil  8-də yaşayan Abdullali Xanlar Şirin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru Mehman Ələsgərovun icraatında olmuş, Azərbaycan Reublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə № 180040669 saylı cinayət işində zərərçəkənin 136 000 (yüz otuz altı min)  ABŞ dollarının borcludan alınıb qaytarılması üçün 15 ərizə yazmışam. İndi isə həmin ərizələrə əlavə olaraq, rüşvət kimi Bəxtiyardan alınmış 1000 (min) manat pulun və Masazır ərazisində 6 (altı) sot torpağın geri qaytarılmasına köməklik göstərilməsi üçün ictimai informasiya vasitəsi ilə cənab Prezidentimizə, hörmətli Mehriban xanıma və cənab Baş Prokurora rəsmi müraciət edirəm. Qeyd edim ki, 11.09.2020-ci ildə DİN-nin 102 saylı qaynar xəttinə, Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin 161 saylı qaynar xəttinə, Baş prokurorluğun 961 saylı  qaynar xəttinə 3 saat ərzində düşə bilməmişdim!

12.09.2020-ci il tarixdə  961 saylı qaynar xəttə çoxsaylı zəngimdən sonra, nəhayət, düşə bildim və şikayətimi şfahi etdim! Problemimi sosial şəbəkələrdə paylaşacağımı bildirdim ki, məsuliyyət prokurorluğun üzərinə düşsün!

Hüquqi məsulliyətin kimə düşməsi araşdırılsın deyə, zərərçəkmiş Babayev Bəxtiyar Zəkara oğlunun müstəntiqə rüşvət verdiyini təsdiq edən səs yazısı mövcuddur. Hesab edirik ki, bütün bu faktlardan sonra, alınan rüşvət müstəntiqdən alınıb, sahibinə çatdırılmalıdır”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.