16 yaşlı yeniyetmə qız bıçaqlandı

04/02/2019 - 23:32 18 655 0   0  

Gəncə şəhərində yeniyetmə qız bıçaqlanıb.

"Report"un məlumatına görə, axşam saatlarında 2003-cü il təvəllüdlü İ.M-ova qarın boşluğundan bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, cərrahi əməliyyat edilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yaxınlarının bildirdiyinə görə, İ.M-ova küçədə mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.