Xaçmaz Rayon Mədəniyyət və Turizm İdarəsində şübhəli tender əməıliyyatları - FOTO

15/04/2019 - 22:42 10 882 0   0  

Teref.az müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədlinin Xaçmaz Rayon Mədəniyyət və Turizm İdarəsində şübhəli tenderlər ilə bağlı araşdırmasınə təqdim edir:
Xaçmaz Rayon Mədəniyyət və Turizm İdarəsinin 2011-2015-cil illər ərzində həyata keçirdiyi dövlət satınalmalarını araşdırarkən, olduqca şübhəli məqamları üzə çıxartdığım üçün, tərəfimdən aparılan araşdırmanın nəticəsi barədə sizi məlumatlandırmağı özümə bir borc bilirəm.
Beləki, apardığım araşdırmalar zamanı İqtisadi İnkişaf nazirliyinin reyestr məlumatlarına əsasən məlum olub ki, Xaçmaz rayon Mədəniyyət və Turizm İdarəsi 2011-2015-ci illər ərzində ümumi dəyəri 2 569 185 (iki milyon beş yüz altmış doqquz min yüz səksən beş) manat olan dövlət satın almaları həyata keçirib.

Nazim Ağayev.
O illərdə Mədəniyyət və Turizmin müdürü
Adıçəkilən idarə:

2011-ci ildə - 403 042 (dörd yüz üç min qırx iki) manatlıq;



2012-ci ildə - 382 783 (üç yüz səksən iki min yüddi yüz səksən üç) manatlıq;



2013-cü ildə - 515 248 (beş yüz on beş min iki yüz qırx səkkiz) manatlıq;




2014-cü ildə - 751 550 (yeddi yüz əlli bir min beş yüz əlli) manatlıq;






2015-ci ildə - 516 562 (beş yüz on altı min beş yüz altmış iki) manatlıq dövlət satınalmalarını həyata keçirib.






İqtisadi İnkişaf Nazirliyinin reyestr məlumatlarından məlum olub ki, Xaçmaz Rayon Mədəniyyət və Turiz İdarəsi 2011-2015-ci illər ərzində:

- Sair xərclər maddəsi üzrə satınalamalar üçün – 436 529 (dörd yüz otuz altı min beş yüz iyirmi doqquz) manat;

- Yumşaq invertarların satın alınması üçün – 103 757 (yüz üç min yeddi yüz əlli yeddi) manat;

- Dəftərxana və təsərrüfat mallarının satın alınması üçün – 165 056 (yüz altmış beş min əlli altı) manat;

- Cari təmir işlərinin satın alınması üçün – 391 704 (üç yüz doxsan bir min yeddi yüz dörd ) manat;

- Avadanlığın satın alınması üçün – 216 556 (iki yüz on altı min beş yüz əlli altı) manat;

- Digər maşın və avadanlıqların satın alınması üçün – 300 085 (üç yüz min səksən beş) manat;

- İnventarların satın alınması üçün – 373 433 (üç yüz yetmiş üç min dörd yüz otuz üç) manat;

- Əsaslı təmir işlərinin satın alınması üçün – 168 323 (yüz altmış səkkiz min üç yüz iyirmi üç) manat;

- İdarənin digər xərcləri maddəsi üzrə satın almalar üçün – 233 095 (iki yüz otuz üç min doxsan beş) manat;

- Elektrik avadanlıqlarının satın alınması üçün – 23 840 (iyirmi üç min səkkiz yüz qırx manat);

- Neftin satın alınması üçün – 29 350 (iyirmi doqquz min üç yüz əlli manat)

- Digər alışlar və xidmətlərin satın alınması üçün – 11 000 (on bir min) manat;

- Mətbəə xidmətlərinin satın alınması üçün – 10 636 (on min altı yüz otuz altı) manat;

- Kommunal və kommunikasiya xidmətlərinin satın alınması üçün – 72 809 manat dəyərində müsabiqələr həyata keçirib.

Bu müsabiqələrin qaliblərini araşdırarkən, İqtisadi İnkişaf və Vergilər Nazirliyinin Reyestr məlumatlarına əsasən məlum olub ki, adı çəkilən dövlət satınalmaları müsabiqələrinin qalibləri aşağıdakı hüquqi şəxslərdir:

- “MM-K” MMC – 17 800 (on yeddi min səkkiz yüz) manat.
VÖEN: 4500656811
Qurum 2009-cu ilin noyabır ayının 23-də dövlət qeydiyyatına alınıb. Qeydiyyat sənədlərin şirkətin rəsmi ünvanı Quba rayonu, 2-ci Nügədi kəndi, rəhbəri isə Mürşüdov Mehman Əhmədağa oğlu göstərilir.

“Flaqman- A” MMC – 146 275 (yüz qırx altı min iki yüz yetmiş beş) manat.
VÖEN : 2901322651
Qurum 2007-ci ilin noyabr ayının 12-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, mənzil 41, rəhbəri isə Məmmədov Anar Bəxtiyar oğlu göstərilir.

“Ziya - BZ” MMC – 23 500 (iyirmi üç min beş yüz) manat
VÖEN : 7700717981
Qurum 2011-ci ilin yanvar ayının 24-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz şəhəri, Abbas Səhhət küçəsi, ev 10, rəhbəri isə Beydullayev Ziya Əkrəm oğlu göstərilir.

“T.U.R-S” MMC – 96 100 (doxsan altı min yüz) manat
VÖEN: 7700706561
Qurum 2010-cu ilin noyabr ayının 25-də dövlətqeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz rayonu, Niyaz oba kəndi, rəhbəri isə Salmanov İlkin Nizami oğlu göstərilir.

“N.İ.K” MMC – 180 530 (yüz səksən min beş yüz otuz) manat
VÖEN : 7700714811
Qurum 2011-ci ilin yanvar ayının 11-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz rayonu, Niyaz oba kəndi, rəhbəri isə Salmanov İlkin Nizami oğlu göstərilir.

“Qızıltəpə- H.Ə” MMC – 33 200 (otuz üç min iki yüz) manat
VÖEN: 1501513291
Qurum 2009-cu ilin oktyabr ayının 9-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 22, mənzil 34, rəhbəri isə Salmanov Nizami Müsənnif oğlu göstərilib.

“UVEUS”MMC – 108 920 (yüz səkkiz min doqquz yüz iyirmi) manat
VÖEN : 2901353281
Qurum 2008-ci ilin yanvar ayının 17-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Sumqayıt şəhəri, Məhəllə 30, ev 2, mənzil 24, rəhbəri isə Qədirov Ənvər Polad oğlu göstərilir.

“İnter Elektrik Quraşdırma” MMC – 146 488 (yüz qırx altı min dörd yüz səksən səkkiz) manat
VÖEN: 2901637311
Qurum 2009-cu ilin yanvar ayının 22-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Sumqayıt şəhəri 13-cü mikrorayon, ev 40, mənzil 41, rəhbəri isə Məmmədov Bəxtiyar Vəli oğlu göstərilir.

“Talistan-2012” MMC – 108 438 (yüz səkkiz min dörd yüz otuz səkkiz) manat
VÖEN: 5400446561
Qurum 2012-ci ilin iyul ayının 24-də dövlət qeydiyyatına alınıb. 
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı İsmayıllı rayonu, Cülyan kəndi, rəhbəri isə Hüseynov Ehtiram Həsən oğlu göstərilir.

“Günəş - 2013” MMC – 118 790 (yüz on səkkiz min yeddi yüz doxsan) manat.
VÖEN:5400476141
Qurum 2012-ci ilindekabr ayının 7-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı İsmayıllı rayonu, Talıstan kəndi, rəhbəri isə Mahmudov Günəş Məhəmməd oğlu göstərilir.

“Roman-2013” MMC – 115 600 (yüz on beş min altı yüz) manat
VÖEN: 5400476551
Qurum 2012-ci ilin dekadr ayının 7-də dövlət qeydiyyatına alınıb. 
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı İsmayıllı rayonu, Mican kəndi, rəhbəri isə Cabbarov Roman Əliqulu oğlu göstərilir.

“Qoşqar-2013” MMC 98 860 (doxsan səkkiz min səkkiz yüz altmış) manat
VÖEN:5400476681
Qurum 2012-ci ilin dekabr ayının 7-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı İsmayıllı rayonu, Cülyan kəndi, rəhbəri isə Əzizov Fikrət İsmayıl oğlu göstərilir.

“Kənan- 2013” MMC – 29 780 (iyirmi doqquz min yüddi yüz səksən) manat
VÖEN:5400476271
Qurum 2012-ci ilin dekabr ayının 7-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı İsmayıllı rayonu, Cülyan kəndi, rəhbəri isə Hüseynov Ehtiram Həsən oğlu göstərilir.

“Cülyan” MMC – 43 780 (qırx üç min yeddi yüz səksən manat)
VÖEN: 5400446971
Qurum 2012-ci ilin iyul ayının 25-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı İsmayıllı rayonu, Cülyan kəndi, rəhbəri isə Hüseynov Müşfiq Həsən oğlu göstərilir.

“Yüksəliş NH” MMC – 118 970 (yüz on səkkiz min doqquz yüz yetmiş) manat
VÖEN:7701226961
Qurum 2014-cü ilin avqust ayının 11-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz şəhəri, Füzuli küçəsi ev 11, rəhbəri isə Nurullayev Vüsal Arif oğlu göstərilir.

“Xəzər-NV” – 117 088 (yüz on yeddi min səksən səkkiz) manat
VÖEN:7701227061
Qurum 2014-cü ilin sentyabr ayının 11-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı, Xaçmaz şəhəri, Füzuli küçəsi ev 11, rəhbəri isə Nurullayev Vüsal Arif oğlu göstərilir.

“Avanqard-2014” MMC – 113 600 (yüz on üç min altı yüz manat)
VÖEN: 7701125331
Qurum 2014-cü ilin yanvar ayının 16-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz rayonu, Armudpadar kəndi, rəhbəri isə Nurullayev Vüsal Arif oğlu göstərilir.

“Karfagen” MMC – 118 137 (yüz on səkkiz min yüz otuz yeddi ) manat
VÖEN:7701126251
Qurum 2014-cü ilin yanvar ayının 17-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz rayonu, Armudpadar kəndi, rəhbəri isə Nurullayev Vüsal Arif oğlu göstərilir.

“Vavilon” MMC- 69 600 (altmış doqquz min altı yüz ) manat
VÖEN:1500594441
Qurum 2005-ci ilin noyabr ayının 24-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Xalıq Abbasov küçəsi, ev 13, mənzil 14, rəhbəri isə Əhmədli Ceyhun Xoşbəxt oğlu göstərilir.

“Alyans-AH” MMC – 115 615 (yüz on beş min altı yüz on beş) manat
VÖEN: 7701125201
Qurum 2014-cü ilin yanvar ayının 16-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz rayonu, Armudpadar kəndi, rəhbəri isə Nurullayev Vüsal Arif oğlu göstərilir.

“Qalaktika - SA” MMC 18 760 (on səkkiz min yeddi yüz altmış) manat
VÖEN:7701119071
Qurum 2014-cü ilin yanvar ayının 10-da dövlət qeydiyyatına alınıb. 
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz rayonu, Armudpadar kəndi, rəhbəri isə Nurullayev Vüsal Arif oğlu göstərilir.

“Vavilon- AH” MMC – 36 000 (otuz altı min) manat
VÖEN:7701126121
Qurum 2014-cü ilin yanvar ayının 17-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz rayonu,Armudpadar kəndi, rəhbəri isə Nurullayev Vüsal Arif oğlu göstərilir.

“Sparta- 2014” MMC – 43 780 (qırx üç min yeddi yüz səksən) manat
VÖEN:7701119351
Qurum 2014-cü ilin yanvar ayının 10-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz rayonu, Armudpadar kəndi, rəhbəri isə Nurullayev Vüsal Arif oğlu göstərilir.

“Legas” MMC – 33 900 (otuz üç min doqquz yüz) manat
VÖEN:2901521641
Qurum 2008-ci ilin avqust ayının 6-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Sumqayıt şəhəri 4-cü mikrorayon, ev 14/21, mənzil 109, rəhbəri isə Rüstəmova Səfurə Vladimir qızı göstərilir.

“İnter Qrup- 2015”MMC – 19 352 (on doqquz min üç yüz əlli iki manat)
VÖEN:4501173201
Qurum 2015-ci ilin yanvar ayının 15-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Quba rayonu, Mirzəqışlaq kəndi, rəhbəri isə Vahidov Elxan Əbdülqəni oğlu göstərilir.

“AMP-11” MMC 26 750 (iyirmi altı min yeddi yüz əlli) manat
VÖEN:2902606871
Qurum 2012-ci ilin oktyabr ayının 3-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9D, mənzil 22, rəhbəri isə Nəsrullayeva Kəmalə Əhməd qızı göstərilir.

“Səfalı EL” MMC – 14 416 (on dörd dörd yüz on altı) manat
VÖEN:3101042151
Qurum 2012-ci ilin iyul ayının 26-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Abşeron rayonu, Məmmədli, Ə.Əliyev ev 31, mənzil 21, rəhbəri isə Cəbiyev Nurəddin Cəbi oğlu göstərilir.

“Fayton-N” MMC – 2500 (iki min beş yüz) manat
VÖEN: 7701281891
Qurum 2014-cü ilin dekabr ayının 11-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz şəhəri, Atatürk küçəsi, ev dalan1, mənzil 7, rəhbəri isə Nurullayev İlqar Arif oğlu göstərilir.

“Seval AMG” MMC - 117 740 (yüz on yeddi manat yeddi yüz qırz manat)
VÖEN:4500988851
Qurum 2013-cü ilin aprel ayının 29-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Quba rayonu, Mirzə qışlaq kəndi, rəhbəri isə Nurəliyev Azər Müslim oğlu göstərilir.

“SNOUBALL” MMC – 78 056 (yetmiş səkkiz min əlli altı manat)
VÖEN:7701291311
Qurum 2014-cü ilin dekabr ayının 30-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz şəhəri, Atatürk küçəsi, ev dalan 1, mənzil 7, rəhbəri isə Nurullayev Arif Nağdı oğlu göstərilir.

“Arifoğlu-RV” MMC – 15 554 (on beş min beş yüz əlli dörd ) manat
VÖEN:7701274171
Qurum 2014-cü ilin noyabr ayının 26-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz rayonu,Ağyazı Buduq kəndi, rəhbəri isə Rüstəmov Vüsal Arif oğlu göstərilir.

“VOLAN”MMC – 113 150 (yüz on üç min yüz əlli) manat
VÖEN: 4500936021
Qurum 2012-ci ilin noyabr ayının 26-da dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Quba rayonu, 1-ci Nügədi kəndi, rəhbəri isə Rəhimov Elman Hətəm oğlu göstərilir.

“Rafikoğlu” MMC – 97 358 (doxsan yeddi min üç yüz əlli səkkiz) manat
VÖEN: 7701278301
Qurum 2014-cü ilin dekabr ayının 3-də dövlət qeydiyyatına alınıb.
Qeydiyyat sənədlərində şirkətin rəsmi ünvanı Xaçmaz rayonu,Arzu qəsəbəsi, rəhbəri isə Əlimuradov Amil Rafik oğlu göstərilir.

Beləliklə apardığımız bu araşma zamanı dövlət reyestr məlumatlarına görə,məlum olur ki, bu müsabiqələr zamanı eyni ünvanlarda yerləşən (?), eyni insanların (?) və ya yaxın qohumlarının rəhbərlik etdiyi şirkətlər qalib olub, küllü miqdarda maliyyə əməliyyatları həyata keçirilib. Bu da keçirilən dövlət satınalmaları zamanı şəffaflıq və doğruluq prinsiplərinə kölgə salır.

(ardı var....)