28 yaşlı gənc bıçaqlandı

24/12/2018 - 23:27 5 989 0   0  

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. Hadisə şəhərin "Gəj zavodu" adlanan ərazinin yaxınlığında baş verib.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənov Elçin Ədalət oğlu hələ ki, bilinməyən səbəbdən bıçaqlanıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Cərrahiyə əməliyyatı olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)