Türkiyə PKK terrorçularının saxlandığı mağaranı bombaladı

21/12/2018 - 23:05 13 591 1   0  

Türkiyənin Tunceli vilayətində PKK-çıların gizləndiyi mağara Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilib.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, 1 km uzunluqda olduğu ehtimal edilən mağaranı 2 qırıcı bombalayıb.

Mağarada PKK-nın yüksək rütbəli döyüşçülərinin də olduğu ehtimal edilir.

Qeyd edək ki, mağaranın yeri dünən müəyyən edilmişdi və orada 30 terrorçunun olduğu deyilirdi.