Qərbi Azərbaycan İrəvan Respublikası Millət Şurasının Qurban Bayramı münasibətilə təbriki

29/07/2020 - 18:21 5 617 10   0  

Əziz Həmvətənlər!

Sizi və dünyanın müxtəlif coğrafiyasında yaşayan soydaşlarımızı uca Allaha mənəvi yaxınlaşmanın ən yaxın hiss edildiyi, müstəsna günlərdən olan Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirik, ən səmimi arzu və diləklərimizi bildiririk.

Qurban Bayramı: Lütf, mərhəmət və bərəkətin səxavətlə paylaşıldığı bir bayram olmaqla yanaşı, mənəvi təmizlənmə, zehni sakitlik və fiziki rahatlıq üçün yeni mənəvi imkanlara qapı açan xüsusi mənalı günlərdəndir.

Əsrlər boyu Qurban Bayramının mahiyyətində yoxsulları qoruyan, cəmiyyətdə tarazlığı saxlayan bir funksiya vardır. Cəmiyyətdə Qardaşlıq hisslərini artıran, insanları ictimai birliyə səfərbər edən Qurban Bayramı həm də çətinlik, sıxıntı çəkənləri xatırladan, milli birliyi səfərbər edən müqəddəs bir bayramdır.

Bu müqəddəs gündə doğma vətənimizin bütövləşməsi, var olması, yaşaması üçün bizimlə eyni dini və milli duyğuları paylaşan, qəhrəman Türk millətinin bizlərə bəslədiyi sevgi, mərhəmət, qardaşlıq, eyni zamanda əsarətdə olan vətən torpaqlarımıza, Qarabağa, Qərbi Azərbaycana qayıdışın bir yolu, milli problerimizin həlli üçün davamlı, möhkəm və təsirli bir vasitədir, möhkəm bir təməldir.

Bu hisslər və düşüncələrlə böyük millətimizin, Türk-İslam dünyamızın müqəddəs Qurban Bayramını təbrik edir, vətəndaşlarımıza can sağlığı və xoşbəxtlik səmimi qəlbdən bir bayram arzulayırıq.

Qərbi Azərbaycan İrəvan Respublikasının Millət Şurasının sədri Qafar Çaxmaqlı