“Çox istəyirik ki, Ali Radada azərbaycanlılar da təmsil olunsun” – Zelenskinin müşaviri

29/05/2019 - 11:37 20 894 1   0  

“Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və biz yeni hakimiyyət ruporu olaraq bu tərəfdaşlığın irəliləyən zaman çərçivəsində daha da gücləndirmək niyyətindəyik”.

Suveren.az xəbər verir ki, bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin siyasi məsələlər üzrə müşaviri, prezidentin mənsub olduğu siyasi blokun rəhbəri Dimtri Razumkov bildirib.

O qeyd edib ki, ümumiyyətlə Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi Ukraynanın yeni hakimiyyətinin prioritetlərindəndir: “Biz Azərbaycanla geniş miqyaslı layihələrdə maraqlıyıq”.

Prezidentin müşaviri onu da bildirib ki, Ukraynada yaşayan azərbaycanlıların fəallığı onların diqqətini cəlb edir:

“Biz çox istərdik ki, digər etnik xaqlardan olduğu kimi azərbaycanlılardan da Ali Radada (parlament) deputat olaraq təmsilçilik olsun” – deyə, Razumkov vurğulayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski mayın 21-də Ali Radanı buraxmaq barədə fərman imzalayıb. Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin edilib.