Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız” - nazirin fiaskosu..

15/04/2019 - 23:22 5 368 0   0  

“Təhsil Nazirliyi yeni qaynar xətt yaratmağı düşünür. Təzəsini yaratmağa ehtiyac yoxdur, 146 qaynar xətt var onsuz da. Sadəcə olaraq elektron ünvanınıza, qaynar xəttinizə gələn müraciətlərə baxmaq lazımdır”.

Bu sözləri tanınmış təhsil eksperti Kamran Əsədov “faebook” səhifəsində yazıb. Onun sözlərinə görə, yeni qaynar xətt üçün niyə büdcə vəsaitini sərf edirsiz ki? K.Əsədov ironiya ilə hesab edir ki, yeni qaynar xəttə sərf olunacaq vəsaitə nə qədər qonaqlıqlar vermək olar, şəkil çəkdirmək olar: “Məktəblərdə baş verən neqativ hallardan xəbər tutmaq üçün Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur. Mən sizin elektron ünvanınıza bu barədə kifayət qədər məlumat dəfələrlə yollamışam. Sadəcə, görməzlikdən gəlmisiz, sizə məsləhət verənlərə inanmısınız, onları doğru saymısınız. Mən dəfələrlə sizə yazdım, dedim ki, gəmidə artıq yük var. Hətta “Nuh” da öz gəmisinə artıq yük götürmədi. Bu gün qarşılaşdığınız və yaxın günlərdə qarşılaşacağınız ciddi problemlərlə bağlı sizin əsabələrinizə dəfələrlə dedim. Qulaqardına vurdunuz, “donos” yazdırmağla məşğul oldunuz, qapı - qapı gəzib TV-lərə, saytlara, universitetlərə mənimlə əlaqə saxlamamağı, əməkdaşlıq etməməyi dediniz”. Yenə də deyirəm, gəminizdəki artıq yükləri atmasanız, yaxın keçmişin trend mahnısı gündəm olacaq: “Bu qədər asandırmı çıxıb getmək?” Ekspertin sözlərində ciddi ittihamlar var və onun atdığı “daş”lar birbaşa təhsil naziri Ceyhun Bayramovun “bostanı”na atılıb. K.Əsədov açıq şəkildə bəyan edib ki, Təhsil Nazirliyi onun göndərdiyi şikayətləri araşdırmayıb, məhəl qoymayıb, ona efir və iş yeri qadağaları qoyub. Təbii ki, bu ittihamlar C.Bayramova şamil olunub və nazir münasibət bildirməlidir. Faktiki olaraq, nazirliyin qaynar xətti işləmir, bunu ekspert bəyan edir, C.Bayramov isə yeni qaynar xətt yaradılmasına ehtiyac olduğunu söyləməklə indiki xəttin iflic olduğunu, fəaliyyətsizliyini dolayısı ilə təsdiqləyib. Belədə ictimaiyyətdə suallar yaranır - nazirliyin hazırda mövcud olan qaynar xətti nə ilə məşğuldur, orada maaş alanlar hansı fəaliyyəti göstərirlər? Sözsüz ki, təhsil sistemində olan eybəcərliklər, rüşvətxorluq, nəzarətsizlik, intizamsızlıq göz qabağındaydı. Elinanın intiharı isə bu proseslərin partlayışı oldu. Nazirlik indi hərəkətlənir ki, qaynar xətt yaradılsın.  Deməli, Elina intihar etməsəydi, C.Bayramovun yeni qaynar xətt yaradılması nəzərində olmayacaqdı, indiki qaynar xətt də “iş”inə davam edəcəkdi. Budur sistemin böhranı, işləksizliyi, idarəçiliyin sıfır dərəcəsində olması... K.Əsədov bildirir ki, nazirlik məktubları, problemləri araşdırmayıb, təkliflərə qulaq asmayıb, cılızlıq edərək ona qadağalar qoydurub. Bu xırdaçılıqla nəyi ört-basdır etmək istəyiblər, hansı problemlərin həllinə nail olublar? Məgər bilmirdilər ki, bir partlayış bütün sistemi çalxalaya bilər. Necə ki, digər sahələrdə də belə oldu: şəhid ailələrinin qan pulu aksiyaları, problemli kreditlərə görə özünü yandırmalar, səhlənkarlıqdan səhiyyədə ölüm halları və s. Bu “xərçəng” indi də təhsildə özünü göstərir və Elina bir simvol oldu. C.Bayramova gəlincə, hələ də özünü nazir kimi təsdiqləyə bilməmiş, təhsilə aidiyyatı olmayan, iqtisadçı-maliyyəçi bir kadr kimi fəaliyyət göstərmiş, maliyyə nazirinin müavini olan qardaşı Azər Bayramov və hazırkı vergilər naziri Mikayıl Cabbarovun yuxarılara təqdimatı sayəsində karyera yüksəlişi olmuş naziri bu gedişlə hazırkı postunda o qədər çox vəzifə ömrü gözləmir.