“Qarabağ münaqişəsi həll ola bilər” - Metyu Brayza

10/12/2018 - 19:30 11 014 0   0  

“Ermənistanda keçirilən seçkidə Nikol Paşinyanın birinci olması ilə ölkənin xarici siyasətində böyük dəyişikliklər gözləmək hələ tezdir”.

Suveren.az xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.

Diplomat hesab edir ki, artıq Ermənistanda yeni dönəm başlayır. Onun sözlərinə görə, Paşinyan Ermənistanın xarici siyasətində islahatlara başlaya bilər.

Bu mənada, Metyu Brayza qeyd edib ki, illərdir həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də gündəmə gələ bilər.

"Lakin biz bunları təxminən deyə bilərik. Gözləyib nəticələri görəcəyik”, - deyə Brayza vurğulayıb.