MAKRON xalqdan üzr istəyəcək, vergiləri kəskin azaldacaq - ETİRAZÇILARIN TƏLƏBLƏRİNƏ RAZILIQ

10/12/2018 - 21:07 11 032 0   0  

Fransa prezidenti Emmanuel Makron ölkəni bürüyən "sarı jiletlilər”in aksiyası ilə bağlı gözlənilməz addım atmağa hazırlaşır.

Suveren.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Prezidentin mətbuat katibliyi açıqlama yayıb.

Qeyd olunub ki, Makron baş verən hadisələrdən çox narahatdır və sabah xalqa sevindirici müraciət edəcək.

Fransa mətbuatı yazır ki, bundan əvvəl vergilərin artırılması qərarının 6 ay müddətinə dayandırıldığını açıqlayan Makron bu dəfə etirazçılardan üzr istəyəcək və daha çox vergi endirimi həyata keçirəcəklərini bəyan edəcək.