Google Azərbaycanı Kürdüstana birləşdirdi - Təxribat

26/10/2018 - 20:51 20 557 0   0  

Google axtarış sistemi xəritələr (maps) bölümündə təxribata yol verib.

Suveren.az axar.az-a istinadən xəbər verir ki, xəritədə Türkiyənin cənub-şərqi, Cənubi Azərbaycan torpaqlarının isə qərbi Kürdüstan ərazisi kimi göstərilib.

Belə ki, ingiliscə xəritə (maps) kəlməsini yazıb, axtarış edənlər “Kürdüstan” sözü ilə qarşılaşır.

Oraya daxil olduqda isə avtomatik sözügedən xəritə nümayiş olunur.

Ehtimala görə, bu təxribatın arxasında Kürdüstan Muxtar Adminitrasiyasının internet saytları dayanır.

Belə ki, bu xəritənin 1 milyon 300 mindən çox baxış sayına malik olduğu deyilib.