4 İyun qiyamına gedən yol -AQİL SƏMƏDBƏYLİ YAZIR

04/06/2020 - 13:47 9 078 6   1  

4 İyun Qiyamının arxasındakı "Böyük Güclər"

1. 1992-ci il, 16 avqust: İran prezidenti Əli Əkbər Rəfsəncani xüsusi təyyarəsini Naxçıvana göndərdi və Heydər Əliyevi Tehrana apardı...

2. ABŞ səfiri Riçard Mayls 21 oktyabr 1992-ci ildə Azərbaycan prezidenti ilə görüşdə belə bir sual verdi:

-Cənab Prezident! Siz erməniləri soyqırımına uğratmaq istəyirsiniz? (Həmin dövrdə Azərbaycan Qarabağ bölgəsində uğurlu əməliyyatlar həyata keçirmişdi və davam edirdi).

Cavabında Elçibəy:

-Xeyr, biz sadəcə olaraq Dağlıq Qarabağda yerləşmiş beynəlxalq terrorçuları və qeyri-qanuni silahlı dəstələri yox etmək istəyirik!

24 oktyabr 1992-ci ildə ABŞ 907 saylı qərar qəbul etdi və  Azərbaycana yardımı qadağan etdi!

3. 1992-ci il, dekabrın sonu: Rusiyanın Bakı səfiri Valter Şoniya Moskvaya məruzə edir: Əgər Elçibəy 3 il iqtidarda qalarsa:

a) Türkiyə ordusu kimi bir ordu quracaq!

b) Çox güclü iqtisadiyyata sahib olacaq!

c) Tam müstəqil olacaq və ətrafındakı ölkələrə nümunə olacaq!

d) Rusiya bütün Qafqazı itirəcək!

Təcili tədbir görülməlidir!

4. 1992-ci il, dekabrın sonu: 14 May 1997-ci ildə İngiltərədə yayınlanan ''Daily Mail'' qəzetində, 1994-cü ilə qədər Azərbaycanda BP şirkətində işləyən, Londonda Avropa Birliyinin Müşaviri olan Leslie Abrahamsın bir məqaləsi yayınlandı. Bu məqalədə Leslie İngiltərə Kəşfiyyatı ilə birlikdə BP-nin Elçibəy iqtidarının devrilməsinə dəstək verdiyini açıqladı!

5. Türkiyədə  baş nazir Süleyman Dəmirəl, FETÖ komandası və Doğan Medya qurupu Heydər Əliyevi dəstəklədi. Süleyman Dəmirəl Elçibəy devrildiyi günə  qədər Azərbaycana ayrılan 250 milyon dollar kreditin bir qəpiyinin də verilməsinə imkan vermədi!

Əvəzində Naxçıvana 100 milyon dollar kredit ayırdı və 25 milyonunu birbaşa çatdırdı!

1993-cü il, 3 yanvar: Moskvada ABŞ və Rusiya prezidentləri birgə bəyanat verdilər:

*ABŞ və Rusiya Federasiyası Dağlıq Qarabağda Azərbaycan ilə Ermənistan arasında baş verməkdə olan qanlı hadisələrdən dərin üzüntü duyduqlarını bildirirlər!

İngiltərənin məşhur qəzetlərindən “The Sunday Times” 2000-ci il 26 mart tarixində  Azərbaycanda 1993-cü ildə həyata keçirilmiş dövlət çevrilişi ilə bir xəbər yayınladı. Xəbərin başlığı belə idi:

“Çevrilişi Nəhəng Neft Gücləri həyata keçirdi!” Qəzet bu xəbəri Türkiyə Milli Kəşfiyyat Təşkilatının məruzəsinə əsaslanaraq yazırdı!

Türkiyə Milli Kəşfiyyat Təşkilatı,1993-cü ildə Azərbaycanda Əbülfəz Elçibəyə qarşı həyata keçirilmiş çevrilişin arxasında iri neft şirkətlərinin olduğunu, Heydər  Əliyevi iqtidara gətirən çevrilişin pərdə arxasında İngilis neft  şirkəti  BP və ABŞ neft şirkəti AMOCO-nun olduğunu yazmışdı !!!

Bu məruzənin dəqiqliyinə inanmaq üçün Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Neft Kontraktına baxmaq kifayətdir: 40% ABŞ-a, 20% İngiltərəyə,10% Rusiyaya pay verildi!

Beynəlxalq şirkətlərin qurduğu Konsorsiumun Başkanlığı və birinci müavinliyi də 5 ildən bir yerlərini dəyişmək şərti ilə AMOCO və BP-yə verildi!

Çox düşündürücüdür deyilmi???

Azərbaycan kimi zəngin sərvətlərə sahib olan bir ölkənin başında şərəfli, müstəqil siyasət yeridən, sərvətləri peşkəş çəkdirməyən, torpaqlarının tamamını işğaldan azad etməyə qərarlı “milli bir lider”in olması heç kimin işinə gəlmədi!

İçərdəki gücləri birləşdirdilər və devirdilər!

Xalqım da seyr etdi!

Əslində hakimiyyət Elçibəyin əlindən alınmadı-sərvətlərimiz və hakimiyyət “xalqın əlindən alındı”, onsuz da Elçibəy kreslo aşiqi deyildi!

Ruhun şad olsun Bəy!

Yerin çox görünür!