"Sosial şəbəkə sosial media demək deyil" - Millət vəkili

17/12/2018 - 19:59 13 309 0   1  

"Əgər dinlər arasında mehriban münasibət yoxdursa, bu, bəşəriyyətə xeyir gətirmir. Əksinə, bəlalar gətirir. Təsadüfi deyil ki, bu məsələ hər zaman medianın gündəmində olub".

Bu sözləri "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov "Dini qurumlar və sosial media" adlı tədbirdə çıxışı zamanı deyib.

Millət vəkili sosial şəbəkələrin sosial media kimi qələmə verilməsinin doğru olmadığını deyib:

"Sosial şəbəkələrin sosial media adlandırılmasını qəbul etmirəm. Media peşəkar jurnalistlərin çalışdığı məkandır, sosial şəbəkədə isə müxtəlif əqidələrə xidmət edənlər var. Sosial şəbəkədə kim necə istəyir öz fikirlərini ifadə edir və müəyyən məsələlərdə sərhədlər keçilir. Bəzən təhqirlər və aşağılanma hallarına da rast gəlirik. Sosial şəbəkənin müəyyən təsir gücü var. Hətta mövqeyi olmayanlara da sosial şəbəkədə paylaşılan fikirlər təsir edir. Sosial mediada isə artıq müxtəlif mənsəblər at oynada bilmirlər. Çünki jurnalistlərimiz lazım olan mövzunu seçməyə başladır. Bəzən jurnalistlər sosial şəbəkədə gedən müzakirələri mətbuata gətirir. Burada biz jurnalistlərin də peşəkarlığı önəmlidir. Mövzunun mediaya hansı aspektdən gətirilməsi isə jurnalistin peşəkarlığından asılıdır".(publika)