Dünya çempionatının formatı dəyişə bilər

31/01/2019 - 23:33 19 144 0   0  

FIFA-nın martın 14-15-də keçiriləcək iclası futbolun gələcəyi üçün yeni üfüqlər açacaq. Mayamidə keçiriləcək iclasda dünya futbolu, eləcə də klublar və milli komandalar səviyyəsində beynəlxalq turnirlərin təşkili ilə bağlı mühüm məsələlər müzakirə olunacaq.

Suveren.az “Marca” qəzetinə istinadla xəbər verir ki, C.İnfantino klublararası dünya çempionatının hazırkı formatının köhnəldiyini və bunun üçün ciddi dəyişikliklərin edilməsinin zəruriliyini bildirib. O, qeyd edib ki, bu turnir milli komandalar arasında dünya çempionatı səviyyəsində keçirilməlidir. İki və ya dörd ildən bir təşkil olunacaq çempionatda 24, yaxud 32 klubun mübarizə aparması məqsədəuyğundur.

C.İnfantino, həmçinin 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatında 48 komandanın iştirakının hazırda müzakirə olunduğunu və bu məsələ ilə bağlı martda yekun qərarın qəbul ediləcəyini açıqlayıb.

Futbol üzrə XXII dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.