Axtarışda olan narkotacir İqbal Həsənov saxlanıldı

17/11/2018 - 22:39 6 478 0   0  

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və 18.08.2017-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 318.1, 234.4.1, 312.1, 206.3.2, 334.4.3-cü maddələri ilə axtarışda olan İqbal Həsənov rayon ərazisində saxlanılıb.

İran İslam Respublikasından külli miqdarda narkotik vasitəni qanunsuz şəkildə ölkə ərazisinə keçirərək satışını həyata keçirən İ. Həsənov istintaqa təhvil verilib.