Şəkidə arxdan meyit tapıldı

02/11/2018 - 23:08 6 715 0   0  

Şəki rayonunda kişi meyiti tapılıb.

Suveren.az publika.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində, M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Arxın içində tapılan meyit müayinə və şəxsiyyətinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə yerləşdirilib. Ölən şəxsin Şəki şəhər sakini Telman Nurəli oğlu Hacımollayev olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.