Bakıda Şaxta Babanı döydülər

02/01/2019 - 19:33 11 299 0   0  

Bakının mərkəzində Şaxta Baba döyülüb.

Yeni il günü paytaxtın Nizami küçəsində Şaxta Baba paltarını geyinərək şəhər sakinlərini əyləndirmək istəyən gənc bir nəfərin hücumuna məruz qalıb.

Kənarda dayanaraq gəlib-gedənləri əyləndirmək üçün müxtəlif jestlərdən istifadə edən Şaxta Babanın bu davranışı şəhər sakininin qəzəbinə səbəb olur.

O, Şaxta Babanın bu hərəkətindən qorxduğunu deyərək ona hücum çəkir.

Daha sonra ətrafdakı insanların köməkliyi ilə sakitləşdirilən gəncə bunun bir əyləncə olduğu bildirilib.