Ermənistan "REGİONAL İUDA" rolunda

23/05/2020 - 01:23 10 666 1   3  

"Rusiya devriləcək? Ermənistanın məsuliyyətli qərarı" - belə çox mənalı başlıqlarla Ermənistan mediasında çıxışlar edilir.

Dünyanın bölünməsini əsəbi şəkildə müşahidə edən “siyasi erməniçilik” gah ABŞ, gah da Çinlə oyun oynayaraq, dünya qalibinin müəyyən olunmasını gözləyərək son xəyanət sıçrayışına hazırlaşır. Rusiya bu siyahıda yoxdur, buna görə ermənilər çoxdan Rusiyanı gözdən çıxarıblar və “rus forpostu” statusundan hiddətlə imtina etdilər.

Erməni siyasətçiləri “dünyanın Vaşinqton və Pekin arasında bölünməsini" izləyirlər, dünyanın Rusiyasız ikiqütblü nizamının bərpasını gözləyirlər, bu məqamda da Rusiya və onun rəhbərinə kinayə ilə istehza edirlər: "Bu Rusiya prezidenti Putinin nəticəsiz şəkildə can atdığı şey idi".

Erməni strateqləri xatırladır ki, Putin bu ilin yanvar ayında yeni dünya nizamını müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü formatında görüşməyi təklif etdi. Deyək ki, Putin, Moskva və Vaşinqtonun əsas olacağı danışıqlar masasınada Tramp ilə müzakirələrə oturmaq üçün ABŞ-ın reaksiyasını gözləyirdi.

"Ancaq artıq aydındır ki, ikinci tərəf Çindir və bu artıq müzakirə edilmir. Müzakirə olunan yeganə sual Çinin tədricən ABŞ-dan irəli keçib - keçə bilməyəcəyidir. Hələ ki, ABŞ və Çin qarşıdurma rejimində ikiqütblü status-kvo qurmağa çalışır. Qalan mərkəzlər bu ssenaridə öz yerlərini tapmalıdır",- deyə erməni mediası yazır.

Yəni, onların fikrincə, Rusiya nəhayət "dünya gücləri" siyahısından çıxdı və indi "yerini" daha aşağı sırada axtarır. Erməni məntiqinə görə, Rusiya hətta Ermənistanla bir səviyyəyə endi.

Üstəlik, məlum olur ki, bölgədə oyun üçün yeni qaydalar təyin edən Rusiya deyil, Ermənistandır.

Ermənilər təvazökarlıq etmədən və ya fantaziyalarına sərhəd qoymadan belə yazırlar: "Bu mənada Qafqazda yeni status-kvo və regional təhlükəsizliyin yeni hərbi-siyasi sistemini quran Ermənistanın mövqeyi əsas mövqedir".

"Əsas mövqe", "yeni status-kvo", "regional təhlükəsizliyin yeni hərbi-siyasi sistemi"ni “qurdu” – və bunların hamısı Ermənistandır? Kiçik bir dövlət üçün elə də böyük ambisiyalar deyilmi?

"Yeni status-kvo" ya gəlincə, bu, Ermənistanın bir işarəsidir ki, o, işğal olunmuş əraziləri Azərbaycana qaytarmaq fikrində deyil, danışıqlar prosesinə və Moskvanın danışıqlarda apardığı “vasitəçilik mövqeyinə” tüpürür. Nəticə - Moskva artıq Ermənistanın maraqları zonasında heç bir şey həll etmir.

Yəni, Rusiya sayəsində dövlətçilik qazanan, Rusiyanın köməyi ilə Azərbaycan ərazilərini ələ keçirən və yenə də azərbaycanlılar "erməni quyruğunu" tapdayan kimi dərhal Rusiyadan "təhlükəsizlik çətiri" təmin etməyi tələb edən Ermənistan, indi elan edir ki, Rusiya heç nədir, regional təhlükəsizliyin hərbi-siyasi sistemini isə artıq Ermənistan formalaşdırır. Ermənilər öz xain mahiyyətlərini bir daha təsdiqləyərək, Rusiyanın gələcək taleyi ilə bağlı yalnız Pekin və Vaşinqtonun verəcəyi hökmü gözləyirlər:

"Onlar Rusiyanın jandarma rolunu saxlayacaqlar, yoxsa Rusiyanı buradan sıxışdırıb qovmaq qərarı veriləcək? Ermənistanın istənilən vəziyyətə görə hazır ssenariləri olmalıdır – həm risklər, həm də şanslar və vacib qərarlar baxımından ", - deyə erməni müdriklər yazırlar.

Təməlində xəyanətkar məqsədyönlülük olan dövlət əsas hədəflərini həyata keçirmək üçün öz xidmətlərini yeni sahiblərinə - Pekinə və Vaşinqtona təklif edir, Rusiyanın sonuna çıxmağa can atır, lakin hələ ki, "regional Yəhuda" rolunda xidmətlərini daha baha satmağa çalışır.

Ermənilər, ehtimal ki, qlobal xaos fonunda qonşu dövlətlər, o cümlədən Rusiyanın cənubu hesabına ərazilərinin genişləndirilməsini və Ermənistanın “regional hegemon” roluna təsdiq olunmasını bir şans hesab edirlər.

Ermənistan bu statusu Vaşinqton və Pekinin dəstəyi ilə ələ keçirəcəyinə ümid edir. Ermənistan ilk növbədə xaricdəki erməni diasporunun siyasi və maliyyə mənbələrinə arxalanaraq, uzun müddətdir ki, bu istiqamətdə işləyir.

ABŞ və Rusiyadakı erməni lobbisi daha güclünün maraqları yönündə işləyən vahid bir mexanizmdir. Rusiya, ermənilərin fikrincə,  bu "ən güclü" kateqoriyasına düşmədiyi üçün, Rusiyanın daxilindəki nüfuzlu erməni diaspor dairələri ("beşinci kolon") Moskvanın böyük gücünü ələ keçirəcək və bir vaxtlar SSRİ-ni parçalamaqda oynadıqları rolu Rusiya Federasiyasını parçalamaqda da oynayacaqlar.

Çinə gəlincə, İrəvan zamanı qabaqlayib Pekin ilə diplomatik dialoqu aktivləşdirmişdi. Və bu cəhdlər uğursuz deyil. Səma İmperatorluğu Ermənistana humanitar yardımı Ararat dağını (türk dilində - Ağrıdağ) təsvir edən təxribat yazıları ilə boş yerə göndərmədi ...

Çinlilər əvvəllər xidmət etdikləri ağalarını satmağa hazır olan xainləri harada axtarmağın yolunu tapdılar.

Haqqında danışılan açar məqamda Ermənistanın “məsuliyyətli qərarı” elə bundan ibarətdir - Rusiyaya məsuliyyətli xəyanətdən.

"Gradator.ru"

Tərcümə etdi: Ülviyyə Şükürova