TANZANİYA PREZİDENTİ ÜST-ün "KORONAVİRUS FIRILDAĞI"NI İFŞA ETDİ

10/05/2020 - 22:16 10 669 1   0  

Tanzaniya prezidenti John Magufuli yeni növ koronavirus testlərinin ölkəsinə idxalını təsdiqlədi. Ancaq sadəcə Tanzaniya hakimiyyəti tərəfindən istifadə olunması barədə təlimat verdi. Dünya Səhiyyə Təşkilatına güvənməyib, laboratoriyalara saxta test nümunələri göndərməsi və test nəticələri hamını təəccübə saldı.

Suveren.az bu barədə "Haber7"yə istinadla xəbər verir.

Prezidentin təlimatıyla səlahiyyətlilər insanan aid olmayan nümunələr topladılar və bu testlərə insan adları, yaş və cinsiyyəti yazıldı, laboratoriyaya göndərildi. Testlərdən bəzilərinin nəticələrinə görə, məsələn, bir keçinin, bir meyvənin test nəticəsi “pozitiv” çıxdı.

Bu hadisənin ardınca prezident xalqa çağırış nitqi etdi və bunları söylədi: “ Keçilərdən, qoyunlardan, papavadan, hətta avtomobil yağından və daha müxtəlif mənbələrdən nümunələr götürdük və laboratoriyaya göndərdik.Hətta bütün nümunələri tək-tək adlandırdıq. Məsələn, Jack Fruit-dən (tropik meyvə) nümunə aldıqda onu Sarah Samuel, 45 yaşında qadın kimi adlandırdıq, nəticə “təsdiqlənməmiş” oldu. Papavdan götürdüyümüz nümunəyə isə 26 yaşında qadın kimi Elisabeth Ane adı verdik, nətincə “pozitiv” gəldi. Məhz burada koronadan bəhs edirik. Bu o deməkdir ki, bu meyvədən alınan mayenin testi “pozitiv” nəticə verdi, yəni koronavirusa yoluxub. Bir quş növü olan Kwore-dən test nümunələri pozitiv çıxdı. Keçidən alınan nümunə pozitiv çıxdı. Görürük ki, nümunələr alınıb, bunlar insanlara aiddir dediyimiz zaman test nəticələri pozitiv çıxır, yəni “Covid-19 xəstəliyinə yoluxma var” deyilir. Bu test dəstlərinin ardında kirli oyun olduğunu görürük. Tanzaniyalılara bir məsləhətim var: Narahat olmayın, panikaya qapılmayın. Bir-birimizi qorxutmayaq. Siyasətçilər də bunu bir siyasi gündəm olaraq istifadə etməyi dayandırmalıdırlar ”.