Rusiya Çinlə sərhədə “İsgəndər”lər yerləşdirir

23/11/2018 - 20:12 20 620 0   0  

Rusiya Şərq Hərbi Dairəsinə yeni “İsgəndər” raket kompleksləri verib.

Suveren.az bildirir ki, bu barədə Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. “İsgəndər”lər Çin ilə sərhəddə yerləşən Yəhudi Muxtar Vilayətinin ərazisinə yerləşdirilib.

Şərq Hərbi Dairəsinin, həmçinin yeni S-400-lər, TOS-1A sistemləri ilə təchiz edildiyi vurğulanıb.