Ukraynanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib

27/12/2018 - 22:27 19 882 0   0  

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Azərbaycandakı səfiri Aleksandr Mişenkonu vəzifəsindən azad edib.

Suveren.az bildirir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytı xəbər yayıb.

440/2018 saylı fərmanda deyilir: "Aleksandr Mişenko Pavloviç Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviç tərəfindən təyin olunmuşdu. Daha öncə isə o, Ukraynanın Türkiyə və Avstraliyadakı səfiri vəzifələrini tutub.