ABŞ-da karantindən bezənlər küçələrə çıxdılar - ETİRAZ

19/04/2020 - 13:38 12 307 1   0  

ABŞ-da karantinin ləğvi və normal həyata qayıdılması tələbi ilə etiraz dalğası başlayıb.

Bu barədə "Fox News" məlumat yayıb.

Yüzlərlə amerikalı Kentukki, Merilend, Miçiqan, Ohayo, Texas və Viskonsin ştatlarında yürüş edib. Kanalın məlumatına görə, aksiyada əsasən Donald Trampın seçiciləri iştirak ediblər. Etirazçılar konstitusiya hüquqlarının pozulduğunu qeyd edərək, işə qayıtmağı tələb ediblər.

Kanalın məlumatına görə, son bir ayda təxminən 22 milyon amerikalı iş yerlərini itirdiyini bildirib. İndi ölkədə yalnız sistem yaradan müəssisələr fəaliyyət göstərir./Virtualaz.org