FETÖ Elnur Aslanov öndərliyində Azərbaycanda revanşa hazırlaşır - SENSASİON İDDİALAR

08/05/2020 - 00:04 5 281 0   2  

Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin keçmiş müdiri, FƏTÖ lideri Fətullah Gülənin Azərbaycan üzrə nümayəndəsi Elnur Aslanov barəsində şok məlumatlar yayılıb.

Hurriyyet.org xəbər verir ki, Azərbaycanda “nurçular”ın lideri hesab olunan Elnur Aslanovun yenidən hakimiyyətdə yüksək vəzifəyə təyin oluncağı vurğulanır. Bu haqda Türkiyənin “Twitter” fenomenlerinden olan “Üst Akıl Oyunları” (Üst Ağıl Oyunları) Azərbaycandakı FƏTÖ təhlükəsi ilə bağlı yazısında qeyd edir. Müəllif etibarlı qaynaqlara istinadən vurğulayır ki, 2014-cü ilin 17-25 dekabr olaylarından sonra Azərbaycan prezidenti tərəfindən vəzifəsindən alınan Elnur Aslanov yenidən yüksək dövlət postuna gətiriləcək.

Tvitlərdə FƏTÖ məktəbinin məzunu, sabiq deputat Ceyhun Osmanlının da artıq partiya sədri olaraq illərdir “qapandığı hücrədən” çıxdığı bildirilir.

“Üst Akıl Oyunları”nın tvitlərəni oxucularımıza təqdim edirik:

“FETÖ yenidən Azərbaycanda boy göstərməyə başladı. Keçən il ölkədə həyata keçirilən kadr islhatlarından sonra, 2014-cü ildən bu yana hücrələrinə çəkilən FƏTÖ üzvləri yenidən “dirilməyə” başlayıb. Parlament seçkilərində uğur əldə edən Azərbaycan Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya İdarəsinin sabiq müdiri Elnur Aslanovun rəhbərlik etdiyi FƏTÖ üzvlərinin əsas heyəti yenidən böyük revanş axtarışındadır.

Rəhbərlik etdiyi şəbəkədən müəyyən isimləri yenilikçi komandanın kvotasından Azərbaycan Parlamentinə daxil etməyi bacaran Elnur Aslanov, indi nazir olaraq vəzifə başına keçmək istəyindədir.

FƏTÖ məktəbinin məzunu, “sağ əli”, keçmiş millət vəkili Ceyhun Osmanlını Yaşıllar Hərəkatının rəhbəri kimi siyasətə daxil edən Aslanovun özü də yenidən dövlət vəzifəsində çalışmaq istəyir. İqtidarda yeni olan bəzi yetkililər Türkiyə-Azərbaycan əlaqələrinin həssaslığı məsələsində təəssüf ki, yetərincə duyarlı deyillər və sürətli şəkildə Ceyhun Osmanlının önünü açırlar. Elnur Aslanov, Ceyhun Osmanlı və Fərhad Məmmədov tez-tez-görüşərək, revanş planları hazırlayırlar.

2014-cü ildə Azərbaycan hakimiyyəti tərəfindən Pensilvaniyaya (Fətullah Gülənə - red.) göndərdiyi məktubu ifşa olunan və görəvindən alınan Elnur Aslanov yazırdı:

"Hazırda dövlətin ən yüksək qurumu olan Prezident Administrasiyasında çox önəmli bir vəzifəni icra etməkdəyəm. Bilmənizi və əmin olmanızı istəyirəm ki, Allahın bu aciz qulunun həyatı hizmət (xidmət) hərəkatımıza fəda edilmişdir.

Hizmət hərəkatımıza könül vermiş dostlarımızın dövlət qurumlarında və dövlətə aid idarələrdə vəzifəyə alınması üçün hər cür dəstəyi verirəm. Bundan sonra da bu işdə bütün gücümlə qardaşlarımıza yardmçı olacağam. Türkiyədəki nailiyyətlərimiz Azərbaycandakı hizmət hərəkatına könül vermiş Azəri qardaşlarımızı xeyli qürurlandırmışdır. İndi daha böyük eşq və sevgi ilə çalışmaqdadırlar. İnanıram ki, Sizin sayənizdə Azərbaycanda hizmət fəaliyyətlərimizin əhatə dairəsini daha da genişləndirməyə və çox irəli götürməyə nail olacağıq.

Bu sətirləri yazan Elnur Aslanov vəzifədən azad edildikdən sonra Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri (2014-2016) təyin edildi. Daha sonra bu vəzifədən ayrılaraq, FƏTÖ-nün ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynadakı biznesini idarə etdi.

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov vəzifəsindən azad edildikdən dərhal sonra Yeni Azərbaycan Partiyasının toplantılarına qatılan Elnur Aslanov istədiyi şəxslərin Milli Məclisdə təmsil olunmasını qismən bacardı. İndi isə özü nazir olmaq iddiasındadır və əvvəllər olduğu kimi yenidən gəncləri idarə etmək istəyir. Gənclər siyasətinə hakim olmaqla bərabər, iqtisadi sahəyə də əl atmağa çalışan Aslanov siyasi güc olaraq ölkədə önə çıxmaq niyyətindədir”.

Hurriyyet.org

Redaksiyadan: Mövzuya qayıdacağıq və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.