Rusiya və İran dollardan imtina etdi

05/02/2019 - 23:12 18 709 0   0  

Moskva və Tehran qarşılıqlı ödənişlərdə daha dollardan istifadə etməyəcək.

TASS-ın məlumatına görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

O qeyd edib ki, İranla Rusiya ödənişləri milli valyutalarda yaxud avroda etməyə çalışacaq.

“Əslində iranlılarla qarşılıqlı ödənişlərdə dollardan imtina etmişik. Rusiya rublu və İran rialına, xüsusi ehtiyac yarandıqda isə avroya əsaslanacağıq”, - deyə diplomat vurğulayıb.