İsrailin kosmik gəmisi Ayın səthinə çırpıldı – Baş nazir də hadisəni canlı izlədi

12/04/2019 - 23:39 12 364 0   0  

Kosmik gəminin Ayın səthinə çırpılaraq parçalanmasına baxmayaraq İsrail missiyanı uğurlu hesab edib. İvrit dilində “yaradılış” mənasına gələn Beresheet gəmisi Ayın səthinə enəcək ilk özəl kosmik gəmi olacaqdı.

NASA tərəfindən hazırlanan, paltaryuyan maşın ölçüsündə olan və İsrail məlumatları ilə doldurulmuş zaman kapsulunu daşıyan kosmik gəminin əsas məqsədi maqnetik əraziləri ölçmək idi. Kosmik gəmi Ay səthinə çırpılarkən İsrailin baş naziri Benyamin Netanyahu da daxil olmaqla milyonlarla insan bunu televiziyadan canlı izləyib.

İsrail Aerokosmik Sənayesinin baş menecesi Opher Doron bildirib ki, Ayın səthinə çata bilmək indiyə qədər əldə olunmuş ən böyük uğurdur. Bu günə qədər yalnız ABŞ, Çin və Rusiya öz kosmik gəmilərini müvəffəqiyyətlə Ayın səthinə yerləşdirə biliblər. Lakin bu gəmilərin heç biri özəl şirkət tərəfindən hazırlanmayıb.