Məktəb əvəzinə qəbiristanlığı seçən şagirdlər - VİDEO

29/11/2018 - 23:51 9 859 0   0  

Binəqədi rayonu Gülüstan qəsəbəsində yerləşən qəbiristanlığa gün ərzində 20-dən çox uşaq pul qazanmaq üçün üz tutur. Onlar qəbir daşlarını təmizləyir, ağardır, qəbirlərin üzərindəki otları təmizləyirlər.

Qəbiristanlıqda çalışan digər işçilər məktəb şagirdlərinin dərs saatlarında və dərsdən sonra burada işlədiklərini təsdiqləyirlər. Onlar uşaqların məktəb çantalarını məzarlıqda saxlayaraq, burada çalışdıqlarını, dərsə getmədiklərini bildirirlər.

İşçilər əlavə edirlər ki, cümə axşamı, şənbə və bazar günləri burada çalışan uşaqların sayı 30-dan çox olur. Qazandıqları pulu kimisi ailəsinə, kimisi isə siqaretə verir.

Qeyd edək ki, çalışan uşaqların əksəriyyəti Binəqədi rayonu Gülüstan qəsəbəsi 182 nömrəli məktəbin şagirdləridir.

Aidiyyəti qurumların məsələni araşdıraraq, operativ tədbirlər görəcəklərinə ümid edirik.

“Baku TV” əməkdaşlarının hazırladığı reportajı təqdim edirik:

Video link: https://baku.tv/az/watch/5308/