Bu sosial media fəaliyyətini dayandıracaq

31/01/2019 - 20:04 12 073 0   0  

“Google” şirkəti xüsusi dəstək səhifəsində “Google+” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılacağını elan edib.

Aprelin 2-dən “Google+” sosial şəbəkəsində şəxsi hesabların bağlanılmasına başlanacaq. Bu vaxta kimi istifadəçilər sosial şəbəkədə saxlanılan məlumatlarını yükləyə bilərlər. “Google+” hesabı bağlandıqdan sonra şəkillər “Google Photos” xidmətindən yoxa çıxmayacaq.

Fevralın 4-dən isə “Google+” şəbəkəsində yeni profil, səhifə, cəmiyyət yaratmaq mümkün olmayacaq. Yaxın həftələr ərzində “Google+” xidmətinin köməyi ilə saytlara giriş imkanı əlçatmaz olacaq, əvəzində “Google”un köməyi ilə daxilolma düyməsi təqdim ediləcək.(publika)