Hindistanda avtobus kanala düşdü - 30 ölü

24/11/2018 - 22:19 19 003 0   0  

Hindistanın cənubunda sərnişin avtobusu kanala düşüb.

Suveren.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə 30 nəfər həlak olub. 4 sərnişinin həyatını xilas etmək mümkün olub. Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

Avtobus kanala düşdükdən sonra suyun dibinə enib və qapısı bağlandığından sərnişinlər içərisindən çıxa bilməyib.