Siyasi mühacirlər üçün qapıları açdı - Putindən FƏRMAN

19/12/2018 - 23:01 4 627 0   0  

Prezident Vladimir Putin Rusiyada siyasi sığınacağın verilməsinə məhdudiyyətlərin götürülməsi ilə bağlı fərman imzalayıb.

Virtualaz.org bildirir kı, bu barədə Kremlin saytı xəbər yayıb.

Qeyd edilir ki, bu qərar beynəlxalq aləmdəki vəziyyətlə bağlıdır.

"Son zamanlar dünyada baş verən hadisələr, insan hüquqlarının pozulması, jurnalistlərin və ictimai xadimlərin sıxışdırılması onları yaşamaq üçün ölkələri xaricində sığınacaq axtarmağa məcbur edir", - deyə sənədə şərhdə bildirilir.

Bununla belə, vurğulanır ki, bir sıra məhdudiyyətlərin götürülməsinə baxmayaraq, siyasi sığınacağın verilməsi haqda qərar fərdi qaydada qəbul ediləcək.