Keçmiş nazir müavini bıçaqlandı

10/12/2018 - 19:11 7 036 0   0  

Gürcüstanın ədliyyə nazirinin keçmiş müavini, Xüsusi Penitensiar Xidmətin sabiq rəhbəri Zviad Mixanaşvili bıçaqlanıb.

Hadisə ötən gün Tbilsinin Tsxneti qəsəbəsində yerləşən restoranlardan birində qeydə alınıb.

Z.Mixanaşvili ilə yanaşı, iki nəfər də yaralanıb. Hadisənin keçmiş məhbus tərəfindən törədildiyi bildirilir.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətlərinin sabit olduğunu bildiriblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.