Prezident Adminstrasiyasının rəhbəri postu ləğv edilir? - AÇIQLAMA

30/10/2019 - 14:48 13 776 0   0  

"Son referendumdan sonra Azərbaycanda dövlət idarəetməsi dəyişdirilib. Yaradılan vitse-prezidentlik institutları da əvvəlki strukturları əvəz etməlidir. Prezident Adminstrasiyasının rəhbəri vəzifəsi də bu mənada tamamilə ləğv olunmalı və bu idarə kargüzarlıq səviyyəsində bir idarəyə çevrilməlidir”.
Bu sözləri Ramiz Mehdiyevin Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra bu posta kimin təyin oluna biləcəyinə dair sualı cavablandırarkən ADP sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri hesab edir ki, Prezident Aparatı kargüzarlıq səviyyəsində bir idarəyə çevrilməlidir:"Onsuz da Konstitusiya ilə Prezident Aparatındakı bütün səlahiyyətlər Birinci vitse-prezidentə verilib. Bu səbəbdən də Prezident Admistrasiyasının ləğvinə ehriyac var”. //Sfera