“Bunu etsək, hətta Bakıdakı bəzi insanlar da bölgələrə üz tutar”

18/03/2019 - 18:02 13 864 0   0  

Ölkəmizdə məşğulluq probleminin həlli məqsədi ilə yeni iş yerlərinin, müəssisələrin yaradılması hər zaman olduğu kimi bu gün də mühüm aktuallıq kəsb edən məsələlərdən biridir. Xüsusilə də cəbhəyanı ərazilərdə bu cür müəssisələrin yaradılması ölkəmiz üçün iqtisdi anlamla yanaşı, strateji baxımdan da mühüm əhəmiyyət daşıyır. Çünki bir çox hallarda insanlar məhz məşğulluq problemi səbəbi ilə Bakıya üz tutur ki, bu da nəticə etibari ilə həmin ərazilərin qismən də olsa boşalması riskini yaradır.

Moderator.az-a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov regionlarda yeni iş yerlərinin açılmasının vacib olduğunu vurğuladı. Ekspertin sözləriə görə, regionlarda iş yerlərinin çoxluğu hətta paytaxt sakinlərini də regionlara axın etməyə həvəsləndirə bilər:

“İnsanların rayonlardan Bakılya axın etməsinin qarşısını almağın yolu  reginlarda daha çox iş yerinin yaradılmasıdır. Bu, praktikada da özünü təsdiqləyən bir üsuldur. Bölgəlrədə daha çox iş yerinin yaradılması hətta əks prosesin baş verməsinə səbəb ola bilər. Belə ki, bölgələrdə iş iumkanları çox olsa, bu, Bakıda yaşayan bəzi insanların da bölgəyə axın etməsinə səbəb ola bilər. Aparılan monitorinqlər göstərir ki, insanların bölgələrdən Bakıya gəlməsinin ən əsas səbəbi işlə bağlıdır. Bakıda iş tapmaq imkanı bölgələrə nisbətən daha çoxdur. Burada əmək haqqı da bölgələrlə müqayisədə yüksəkdir. Bu səbəbdən də regionlarda iş yerlərinin yaardılması vacibdir və bu, həmin bölgədə yaşayan insanların yaşadığı torpağa daha çox bağlanmasına səbəb olar”.

 

Seymur ƏLİYEV