Putin Səudiyyənin vəliəhdi ilə görüşəcək

21/11/2018 - 19:39 26 545 0   0  

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşə bilər.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peksov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, görüş 30 noyabr – 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək “G20” (“Böyük səkkizlik”) sammiti çərçivəsində baş tutacaq.

“Belə bir görüşü istisna etmək olmaz. Amma mən görüşdə nələrin müzakirə olunacağını bilmirəm. Hərçənd, onlar neft bazarındakı dəyişikliklər barədə fikir mübadiləsi apara bilərlər” – Peskov deyib.

Qeyd edək ki, G20 sammitində iştirak səudiyyəli müxalif jurnalist Camal Xaşoginin Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda amansızcasına qətlinə əmr verdiyi iddia edilən Məhəmməd bin Salmanın bu cinayətdən sonra xaricə ilk səfəri olacaq.