Nurməhəmmədov Kadırovun qonağı olub - FOTO

10/11/2018 - 23:34 19 132 0   0  

Yüngül çəkidə UFC çempionu olan Həbib Nurməhəmmədov Çeçenistan rəhbəri Ramzan Kadırovun qonağı olub.

“Ramzan Əhmədoviçə qonaq getdim, o, qonağı hər kəsdən yaxşı qarşılamağı bacarır, başqaları ancaq bundan nümunə götürə bilərlər”, - deyə döyüşçü öz “Instagram” səhifəsində yazıb.

Suveren.az oxu.az-a istinadla xəbər verir ki, bundan öncə Kadırov Murməhəmmədovla amerikalı boksçu Floyd Meyveyzer arasında döyüş keçirilə biləcəyini bildirib.

O, idmançılar razılığa gələrsə, Çeçenistanın bu döyüşü təşkil edə biləcəyini vurğulayıb.